Beyləqanda təxminən 1000 ədəd müxtəlif növ ağac yanıb

Beyləqan rayonunda Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və bələdiyyəyə məxsus ərazidə 5 ha sahədə kol-kos və müxtəlif növ ağaclar (təxminən 1000 ədəd) yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Meşə zolağı və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Teqlər: