Pakistanın şimal-qərbində 3 terrorçu zərərsizləşdirilib

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma zamanı 3 terrorçu öldürülüb, təhlükəsizlik qüvvələri bir əməkdaşı yaralanıb.

Trend xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr (ISPR) idarəsinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, Bacaur rayonunda kəşfiyyat məlumatları əsasında əməliyyat keçirilib. Atışma zamanı 3 terrorçu öldürülüb, bir hərbi qulluqçu yaralanıb.


İdarənin məlumatına görə, başqa bir əməliyyat zamanı vilayətin Şimali Vəziristan rayonunun Boya bölgəsində daha iki terrorçu öldürülüb.