Pakistanda avtobus toyda iştirak edən insanlara çırpılıb, ölənlər və yaralananlar var

Pakistanın Pəncab əyalətində avtobus toy şənliyində iştirak edən insanlara çırpılıb.

AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsindən bildiriblər.

Bildirilir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb.

Hadisə yerinə gələn xilasedicilər ölənlər və yaralananları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının arta biləcəyi qeyd edilir.

İlkin məlumata əsasən, qəza zamanı güclü duman olub və avtobus sürücüsü idarəetməni itirib.

Qeyd edilir ki, sürücü hadisə yerindən qaçıb, hazırda onun axtarışları aparılır.