Pakistan “Şahin-III” ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Şahin-III” uzaqmənzilli “yer-yer” ballistik raketini
uğurla sınaqdan keçirib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin
İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

“Sınaqların məqsədi silah sisteminin müxtəlif konstruktiv və
texniki parametrlərini yenidən sınaqdan keçirmək olub”, – deyə
açıqlamada deyilir.

“Şahin-III” raketi nüvə və adi döyüş başlıqlarını daşımaq
qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2750 kilometrdir.