Liqa 1: “PSJ” “Klermon”u darmadağın edib, Neymar və Mbappe het-trik ediblər

Futbol üzrə Fransa çempionatının 31-ci turu çərçivəsində “PSJ”
klubu “Klermon”un qonağı olub.

AzerTimes-ın məlumatına görə, oyun qonaqların 6:1 hesablı qələbəsi
ilə yekunlaşıb.

PSJ-nin qollarını Neymar (3 qol) və Kilian Mbappe (3) vurublar.
Lionel Messi 3 qol ilə nəticələnən ötürmə edib.

Qeyd edək ki, PSJ 31 turdan sonra 71 xalla turnir cədvəlində
liderdir, “Klermon” isə 28 xalla 17-ci yerdə qərarlaşıb.