ABŞ öz maraqları üçün kritik önəm kəsb edən Pakistanla
uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir.
Trend xəbər verir ki, bunu jurnalistlər üçün mütəmadi brifinq
zamanı Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.
“Biz Pakistanla uzunmüddətli tərəfdaşlığımızı yüksək
qiymətləndiririk, çiçəklənən və demokratik Pakistanı həmişə ABŞ-ın
maraqları üçün kritik önəm kəsb edən ölkə hesab etmişik”, – deyə
C.Psaki bildirib.
Onun sözlərinə görə, Vaşinqton və İslamabad arasında “yeni
liderlərin hakimiyyəti dövründə də davam edəcək uzunmüddətli və
güclü əlaqələr” mövcuddur.