Özümü müdafiə edərkən qətl törətdim – İki qardaşı bıçaqlayan taksi sürücüsü

Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun cinayət
işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlu ayına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək prosesdə prokuror
ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs özünü iş üzrə qismən təqsirli
bilib.

Təqsirləndirilən şəxs bildirib ki, o, özünü müdafiə edərkən
ehtiyatsızlıqdan qətl törədib.

İttihama görə, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ
rayonunda baş verib.

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi
münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qəsəbə
sakinləri – 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı
Samir Cəfərova bıçaqla xəsarət yetirib.

Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Sərxan Dadaşovun
taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan
iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

Teqlər: