Özbəkistanın milli agentliyi ilə imzalanan memorandum Azərbaycan reallıqlarını yeni oxucu kütləsinə çatdırmaq üçün böyük fürsətdir – Rufiz Hafizoğlu

Özbəkistanın milli agentliyi ilə imzalanan memorandum Azərbaycan
xəbərlərini, reallıqlarını yeni oxucu kütləsinə çatdırmaq üçün
böyük fürsətdir.

Bunu Trend BİA-nın baş direktor müavini, Trend Beynəlxalq
İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri
Rufiz Hafizoğlu Trend BİA ilə Özbəkistanın UZA Agentliyi arasında
Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı
deyib.

“Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsindədir və Trend
İnformasiya Agentliyi Azərbaycan media sahəsində öz sözünü demiş
agentliklərdən biridir. Özbəkistanın milli agentliyi ilə imzalanan
bu memorandum Azərbaycan xəbərlərini, reallıqlarını yeni oxucu
kütləsinə çatdırmaq üçün böyük fürsətdir”, – deyə o əlavə edib.

R.Hafizoğlu qeyd edib ki, Azərbaycan mətbuatı ölkənin haqq
səsinin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərinin
beynəlxalq müstəvidə təbliği istiqamətində üzərinə düşən
vəzifələrin öhdəsindən gəlməyə çalışır.

“Trend BİA ilə UzA arasında əməkdaşlıq Azərbaycan və
Özbəkistanda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafına
öz dəstəyini verəcək. Bu memorandumla iki ölkə arasında olan
münasibətləri media müstəvisində də inkişaf etdirmək üçün fürsət
yaranacaq”, – deyə R.Hafizoğlu qeyd edib.

Teqlər: