Putin və Zelenski İstanbulda görüşə bilər – Ərdoğan

Ukrayna və Rusiya münasibətlərinin normallaşması üçün İstanbulda
hər iki dövlətin liderlərinin görüşü keçirilə bilər


Trend
-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

O qeyd edib ki, münasibətlərin normallaşması üçün liderlərin bir
araya gəlməsinə Türkiyə ev sahibliyi edə bilər.

“Bu fikrə Volodimir Zelenski və Vladimir Putin müsbət yanaşır.
Tarixi onlar təyin edəcəklər. İstanbulda belə bir liderlər zirvəsi
keçirə bilsək və inşallah, iki liderlə bu mənfi tendensiyanın
müsbətə çevrilməsi qərarını verə bilsək, çox xoşbəxt olacağıq”, –
deyə R.T.Ərdoğan əlavə edib.

Teqlər: