Ov tüfəngi ilə həmkəndlisini vurdu

Ov tüfəngi ilə həmkəndlisini vurdu

Bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.

Teqlər: