Arınç İlham Əliyevə təşəkkür etdi

Arınç İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində müstəsna xidməti olub. Buna görə dövlət başçısına təşəkkür edirəm.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınç Qarabağ və Şərqi Zəngəzura səfərlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O, beynəlxalq səyyahların üç gün müddətində Şuşa, Füzuli, Ağdam, Laçın və digər rayonlarda olduğunu, həmçinin Xudafərin körpüsünə baş çəkdiklərini bildirib:

“Şuşada xüsusi qonaqpərvərliklə qarşılandıq. Xudafərin körpüsündən keçəndə Azərbaycan bayrağının yanında Türkiyə bayraqlarını da gördüm. Mən dünyanın heç bir ölkəsində belə bir şey görməmişdim. Azərbaycan və Türkiyə qardaşdır. Prezident Rəcəb Tayyib Ərdoğan da ilk gündən Azərbaycanın yanında oldu. Biz hər zaman Azərbaycanın yanında olmuşuq”.

Teqlər: