Ötən sutka ərzində 26 yanğına çıxış olub (VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış,
2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı
üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili
və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bərdə rayonunda “КамАЗ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində
deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1
nəfər xilas edilib.

Teqlər: