Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub

Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.

AzerTimes-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində
yerləşən 218 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi
münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı
bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis
mayoru Elşad Hacıyev AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki,
hadisə barədə polisə məlumat daxil olub.

“Müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər
zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya
yerləşdirilib. Fakt üzrə araşdırma aparılır”, – E.Hacıyev
bildirib.

Teqlər: