Ötən sutka ərzində 23 yanğına çıxış olub – FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin “112”
qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN aidiyyəti
qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda
köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si
azyaşlı olmaqla 3 nəfər xilas olunub.

Teqlər: