Ötən sutka ərzində 21 yanğına çıxış olub – FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Nazirlikdən AzerTimes-a bildirilib ki, nazirliyinin “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 3 halda
köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6
nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhd
edən 1 nəfər xilas edilib.

Teqlər: