Gəncədə yük maşını 55 yaşlı kişini vurub öldürdü

Gəncədə yük maşını orta yaşlı kişini vurub öldürüb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə
mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk
prospektində baş verib.

Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı
avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə xəsarət
almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Teqlər: