Ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il Azərbaycanda nikahları rəsmi qeydə alınmamış analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Məlumata əsasən 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır.

Bu uşaqlardan 108 857 nəfəri (58 219 oğlan, 50 638 qız) rəsmi nikahlardan, 17 714 nəfəri isə (9 188 oğlan, 8 526 qız) qeyri-rəsmi nikahlardan doğulub.

Teqlər: