Ötən il ailə münaqişəsi zəmnində 1000-ə yaxın cinayət törədilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il 973 cinayət qısqanclıq, ailə münaqişəsi və s. məişət problemləri zəmnində baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə rəqəmlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5 176, o cümlədən zorakılıqla müşayiət olunan 2 067 cinayət qeydə alınıb. Həmin cinayətləri törətmiş 2 414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.

Teqlər: