Ötən həftə 95 hektara yaxın ərazi minalardan təmizlənib

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə
əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, fevralın 21-dən fevralın
26-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və
Zəngilanda 33 piyada əleyhinə mina, 24 tank əleyhinə mina və 266
Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 94,8 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

Teqlər: