Ötən həftə 87 hektar ərazi minalardan təmizlənib

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə
əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, martın 7-dən 13-nə qədər
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7
piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 82 Partlamamış Hərbi
Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 86,9 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

Teqlər: