Azərbaycan və Türkiyə “Yaşıl Kart” sisteminin inteqrasiyası barədə protokol imzalayıb (FOTO)

Martın 14-də Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu
Taşıt Bürosu arasında “Yaşıl Kart” sistemlərinin inteqrasiyası üzrə
əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.

Trend-in
məlumatına görə, sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru
Rəşad Əhmədov və Motorlu Taşıt Bürosunun direktoru Mehmet Akif
Eroğlu imzalayıb.

Qeyd olunur ki, protokol Azərbaycanla Türkiyə arasında sərhəd
məntəqələrinin keçidi prosedurunu sadələşdirəcək və
sürətləndirəcək, eləcə də saxta sənədlərin istifadəsinin qarşısının
alınmasına xidmət edəcək.

Bundan başqa, sistemin inteqrasiyasından sonra “Yaşıl Kart”
sığorta polislərinin satışı və əldə olunması proseduru
sadələşdiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)