Ötən həftə 344 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən
həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, mayın 2-dən 7-dək
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97,
tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan
təmizlənib.

Teqlər: