İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 80-ə yaxın saxlanan var

İtaliyada polis mafiyaya qarşı genişmiqyaslı əməliyyat
keçirib.

Trend-in
məlumatına görə, əməliyyat nəticəsində “Ndrangeta” təşkilatı ilə
əlaqəli olan 77 nəfər saxlanılıb.

Saxlananlar arasında Kalabriya vilayəti Kozoleto qəsəbəsinin
meri də olub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, paytaxt Romada da
keçirilib. Kalabriyada 34, Romada isə 43 nəfər saxlanılıb.

Romada saxlanan şəxslər paytaxtda bir sıra müəssisələrin
mafiyanın nəzarətinə keçməsi üçün fəaliyyət göstərməkdə ittiham
olunub.