Ötən gün Təhsil Tələbə Krediti almaq üçün 255 nəfər müraciət
edib.
Bu barədə
Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən
bildirilib.
Qeyd edilib ki, ilkin olaraq müraciətlərinin emalı son mərhələyə
çatan 56 tələbənin təhsil krediti almaq hüququ müəyyən edilib. 3
tələbənin isə müraciətindəki uyğunsuzluqlara görə təkrar müraciət
hüququ verilməklə imtina verilib. Digər tələbələrin isə
müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni
müraciətlərin qəbulu davam etməkdədir.