Nəsimidə ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli
yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2
otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki
əşyalar 20 m² sahədə, binanın dam örtüyünün taxta atmaları 8 m²
sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, yüksək
temperaturdan dəhlizin lambirindən ibarət tavanı 6 m² sahədə
qarsalanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.

Teqlər: