Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin
olunub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 118 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.