FHN: Ötən sutka 28 yanğına çıxış olub, 3 nəfər xilas olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

FHN-dən AzerTimes-a bildirilib ki, “112” qaynar telefon xəttinə
daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış, 3 halda köməksiz
vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4
nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda “Daewoo”
markalı minik avtomobilinin yol kənarındakı dirəyə çırpılması
nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz
vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Teqlər: