Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi Gürcüstana dəvət edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham
Əliyevi Gürcüstana dəvət edib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya
Darçiaşvilini qəbul edib.

İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin
salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident
İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara və səfərə dəvətə görə
minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş
nazirinə çatdırmağı xahiş edib.

Teqlər: