Ötən gün 16 yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 16 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə
qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4
nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli
yataqxana binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihara
cəhd edən 1 nəfər xilas olunub.

Teqlər: