Azərbaycanla Özbəkistan arasında kosmik sahədə əməkdaşlıq genişləndirilir

Özbəkistanda keçirilmiş “Kosmik Texnologiyalar Konfransı”
çərçivəsində “Azərkosmos” agentliyi ilə “Uzbekkosmos” agentliyi
arasında əməkdaşlıq memorandumu imzalanıb.

Trend bu barədə “Uzbekkosmos” Kosmik tədqiqatlar və texnologiyalar agentliyinə
istinadən məlumat verir.

Əməkdaşlıq memorundumuna əsasən, tərəflər arasında kosmik
texnologiyalar və monitorinqlə əlaqədar layihələrin
reallaşdırılması, kadrların hazırlanması, təkrar hazırlığı və
ixtisas artırılması, kosmik monitorinqin tətbiqi və tənzimlənməsi
üzrə təcrübə mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)