Ötən ay Bakıda avtobuslarla 39,4 milyon səfər sayı qeydə alınıb

2022-ci ilin mart ayında Bakı şəhərində müntəzəm marşrut xətləri
üzrə 39.4 mln sərnişin səfər sayı qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, qeydə
alınan 64%-i nağdsız ödnişlə həyata keçirilib. Vətəndaş
müraciətləri nəzərə alınmaqla iki yeni müntəzəm marşrut xətti
təşkil edilib. Nəticədə gündəlik 1700 nəfərdən artıq vətəndaşın
ictimai nəqliyyata əlçatanlığı təmin edilib. 9 müntəzən marşrut
xətti üzrə isə hərəkət sxemi təkmilləşdirilib.

Hesabat dövründə paytaxtın inzibati ərazisində 445 yol nişanı
quraşdırılıb ki, bu da illik hədəfin 30% deməkdir. 143 piyada
keçidi yenilənib. 9 ünvanda isə yeni piyada keçidləri təşkil
edilib. 5 piyada keçidi isə sarı döyünən işıqla təchiz edilib. 8
küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb. Nəqliyyat
tələbatı nəzərə alınmaqla 4 məntəqədə 18 pakrlanma yeri təşkil
edilib. Yol hərəkətinin təşkili və infrastruktur işləri
çərçivəsində 2 təhsil müəssisəsinin ətrafında sürət həddi 30 km/s-a
endirilib. Nəticədə piyadaların təhlükəsizliyi təmin edilib və
qəzaların başvermə riski azaldılıb.

Cari ilin mart ayında Agentliyə 1448 vətəndaş müraciəti daxil
olub. Müraciətlərin 92% cavablandırılıb. “Alo141” çağrı mərkəzi
üzərindən 5120, sosial şəbəkələr üzərindən isə 324 müraciət
cavablandırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayət
xarakterli müraciətlərin sayı 33% azalıb, məmnunluq səviyyəsi isə
18 % artıb. Pandemiya şərtləri nəzərə alınmaqla 92 nəfər vətəndaşın
qəbulu həyata keçirilib.

Teqlər: