“Napoli” və “Real”ın keçmiş futbolçusu ölüb

Kolumbiyalı keçmiş futbolçu, “Napoli” və “Real” (Madrid)
klublarının sabiq yarımmüdafiəçisi Freddi Rinkon ağır qəzadan sonra
vəfat edib.

Trend-in
məlumatına görə, 55 yaşlı keçmiş futbolçu bir neçə gün əvvəl yol
qəzası keçirmiş, onun olduğu maşın avtobusla toqquşmuşdu. Ondan
başqa, bir neçə nəfər də xəsarət almışdı.

F.Rinkon əməliyyat olunmasına baxmayaraq ağır vəziyyətdə
qalırdı.

Qeyd edək ki, Freddi Rinkon 1994-1996-cı illərdə İtaliyanın “Napoli” və İspaniyanın “Real” klublarında çıxış edib.

O, həmçinin 1990-cı il dünya çempionatında Kolumbiya milli
komandasının əsas oyunçularından olub.

Teqlər: