Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum
olub.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, cari ilin aprel ayında əvvəlki aya nisbətən
ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin,
peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin,
kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış
şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və
qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın,
armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun,
konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə
şirəsinin, mineral suların, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın,
kələmin və çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Teqlər: