Magistraturaya sənəd qəbulu yekunlaşır

Magistraturaya sənəd qəbulu sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda
iştirak etmək üçün ərizələrin qəbulu 17 may saat 23:59-dək davam
edəcək.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin
qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün
ərizələrin qəbulu 17 may saat 23:59-dək davam edəcək.

Bu gün saat 09:35-ə olan məlumata əsasən 8091 bakalavr ərizəsini
təsdiq edib (Azərbaycan bölməsi – 7492 ; rus bölməsi – 599 ).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti
olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək
üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə
edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış
ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan
istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını
doldurur və təsdiq edir.

İmtahan 2022-ci il mayın 29-da keçiriləcək.

Teqlər: