Ötən ay 2300 hektardan çox ərazi mina və sursatlardan tam təmizlənib – MN

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun
mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayı
ərzində 2300 hektardan çox ərazi mina və partlamamış döyüş
sursatlarından tam təmizlənib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günədək
mühəndis-istehkam bölmələri tərəfindən 18600 hektardan artıq ərazi
mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə
6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank
əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı
aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib.

Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri
tədbirlər davam etdirilir.

Teqlər: