Azərbaycan-Bolqarıstan əlaqələri dinamik inkişaf edir

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İki
ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur.
Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi
1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının
Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə
başlamışdır. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət
başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli
şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında
əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin
qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən
Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İşçi
qrupunun üzvləri qarşılıqlı olaraq hər iki ölkədə keçirilən
prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak
edirlər.

İki ölkə arsında əlaqələrin inkişafında dövlət başçılarının
qarşılıqlı səfərləri mühüm rol oynayır. İlk dəfə 1995-ci ilin 29-30
iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Bolqarıstan
tərəfdən ilk dəfə Bolqarıstan Respublikasının Prezidenti Pyotr
Stoyanov 02-03 dekabr tarixlərində Azərbaycana rəsmi səfər
etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci ilin 23-24 sentyabr
tarixlərində baş tutmuşdur.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında,
strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf
etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi
səfəri böyük rol oynamışdır. Eləcə də 2017-ci ilin oktyabr ayında
Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və
Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar
2018-ci tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri
Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək
səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta
kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər
qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza
yaratmışdır.

İki ölə arasında enrgrtika sahəsində aməkdaşlıq strateji
səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür.
Cənub Qaz Dəhlizinin malyyə tutumu 40 milyard dollara bərabərdir və
bu layihə 7 ölkəni birləşdirir. “Şahdəniz” yatağından qaz artıq
Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr
həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.

Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil
edir. Bu mənada Bakı- Tbilisi-Qars dəmir yolunun açılışı hər iki
ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata
keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı
bazarın giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya
regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. 2017-ci
ilin may ayında Bolqarstanın paytaxtı Sofiya şəhərində Azərbaycan
və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25
illiyinə həsr olunmuş “Bolqarıstan – Azərbaycan: 25 illik
diplomatik, ikitərəfli əməkdaşlıq və çoxtərəfli əməkdaşlıq üçün
perespektivlər” mövzusunda konfrans keçirilmişdir. 2018-ci ilin
yanvarın 16-dan etibarən Balı-Sofiya-Bakı aviareysinin açılması
münasibəti ilə Bolqarıstanda Azərbaycanın turizm potensialının
təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Bolqarıstandakı
səfirliyinin dəstəyi ilə, “Bulqaria APG” və “Buta Airways”
şirkətlərinin birgə təşkilatşılığı ilə tədbir keçirilmişdir. Bu
aviareysin açılması yalnız iki ölkənin avia qurumları arasında
əməkdaşlığın yaradılıması deyil, həm də insanların bir araya
gəlməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata
keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir.

Ötən dövr ərzində iki ölkə arasında enrgetika, nəqliyyat,
yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya
texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət
sahəsində əməkdaşlıq inkişaf etmişdir. 23 sentyabr 2016-cı il
tarixdə Bolqarıstan Respublikasının Baş naziri Boris Boykonun,
Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti
Leyla Əliyevanın iştirakı Heydər Əliyev Fondu tərəfindən
Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq
Muzeyi Qoruğunun konservasiya və bərpadan sonra açılış mərasimi
keçirilmişdir.

Hər il Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bolqarıstandakı
Azərbaycan diasporunun və Bakı Slavyan Univesitetinin Müqəddəs
Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatşılığı
ilə, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupu
üzvlərinin iştirakı ilə Bolqarıstanda Xocalı faciəsinin ildınümü
qeyd olunur.

Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uşurla
inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki,
Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla
əməkdaşlıq edəcəklər.

Rauf Əliyev

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan
Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri

Teqlər: