Ordumuzdan xoş xəbərlər alırıq – Almeyda

Ordumuzdan xoş xəbərlər alırıq – Almeyda

Son günlər baş verən hadisələr komandamıza təsir göstərmişdi. Bunu ilk hissədə daha çox hiss etdik. Amma ikinci yarıda istəyimizi ortaya qoya bildik.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

“Qələbəyə nail olduq. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda yekunlaşacaq”, – R.Almeyda söyləyib.

Teqlər: