İran təyyarəsi təcili eniş etdi

İran təyyarəsi təcili eniş etdi

İran aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan dərhal sonra baqaj bölməsinin lyuku açıq qaldığı üçün təcili olaraq İraqın Nəcəf hava limanına qayıdıb.

AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq” agentliyi məlumat yayıb.

Bildirilib ki, layner Nəcəf hava limanından reyslərin sıx qrafikinə görə tələsik havaya qalxıb.

“Təyyarənin kapitanı uçuşdan 20 dəqiqə sonra eniş tələb edib, çünki onun üçün təyyarəni idarə etmək çətin olub”, – mənbə bildirib.

Teqlər: