Bu gün Vyanada OPEK+ ölkələri nazirlərinin görüşü keçirilib.
AzerTimes xəbər verir ki, görüşdə oktyabrın 5-də qəbul edilmiş neft hasilatı planını saxlamağa qərar verilib.
Həmçinin, iştirakçı ölkələr istənilən vaxt görüşməyə və bazar dəyişikliklərinə reaksiya vermək və neft bazarının balansını və zərurət yarandıqda onun sabitliyini qorumaq üçün dərhal əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, oktyabrın 5-də OPEK+ ölkələri neft hasilatını gündə 2 milyon barrel azaltmaq barədə qərar qəbul etmişdilər.