284-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

284-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 284-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 337 təyyarəsi, 178 helikopteri, 2618 PUA-sı, 391 zenit-raket kompleksi, 6983 tank və digər zirehli texnikası, 909 reaktiv yaylım atəş sistemi, 3653 artilleriya və minaatanı, 7463 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: