Türkiyə bir həftədə 743 miqrantı xilas edib

Türkiyə bir həftədə 743 miqrantı xilas edib

Türkiyə sahillərində 2022-ci il noyabrın 25-dən dekabrın 1-dək olan müddətdə qanunsuz miqrantların xilas edilməsi ilə bağlı 30 hadisə qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi İdarəsindən bildirilib.

Məlumata əsasən, sözügedən həftə ərzində ölkə sahillərində 743 qanunsuz miqrant xilas edilib.

Qeyd edilib ki, ölkənin sularında vəziyyətin monitorinqi gecə-gündüz davam edir.

Teqlər: