Onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan şirkətlər açıqlanıb

Azərbaycanda şirkətlərin fəaliyyətinin onlayn mediada
işıqlandırılmasının mart ayı üzrə nəticələri açıqlanıb.

Trend-in
məlumatına görə, Media Təhlil Mərkəzinin açıqladığı nəticələrə
əsasən, mart ayında onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan
şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR-ın
fəaliyyəti mart ayında 1 257 dəfə işıqlandırılıb ki, bu da fevral
ayı ilə müqayisədə 18 faiz çox olub.

İlk beşlikdə, həmçinin, “Azərbaycan Hava Yolları” QSC (AZAL)
(925), “Azərsu” ASC (427), “Azərişıq” ASC (377) və “Azərbaycan
Dəmir Yolları” QSC (333) yer alıb.

Media Təhlil Mərkəzinin hazırladığı şirkətlərin media aktivlik
indeksi cədvəlini təqdim edirik:

Teqlər: