Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması
nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi
yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bunu Trend-ə Mərkəzin Mətbuat xidmətinin rəhbəri
Elnur Hidayətoğlu bildirib.

1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində
çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu
sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya
yerləşdirilib.

Teqlər: