“Omikron” və “delta” hibridinə yoluxma COVID-19-un daha ağır formasına səbəb olmur – ÜST

Koronavirusunun “omikron” və “delta” rekombinant ştammları ilə
yoluxma epidemioloji mənzərənin və koronavirusun ağırlıq
dərəcəsində dəyişməsinə səbəb olmur.

AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ÜST-ün COVID-19
üzrə Texniki Qrup rəhbəri Mariya Van Kerkxove bildirib.

“Bu rekombinant haqqında xəbərdarıq. Bu, “Delta” AY4 və “Omikron” BA.1 [koronavirus stammlarının] birləşməsidir”, – deyə o
yazıb. Qrup rəhbəri vurğulayıb ki, dünyada belə infeksiyanın
“aşkarlanma səviyyəsi” “çox aşağıdır”:

“Bu rekombinanta yoluxma zamanı epidemiologiya və xəstəliyin
(ağırlıq dərəcində) hər hansı bir dəyişiklik görmədik, lakin bir
çox araşdırmalar hələ də davam edir”.

Teqlər: