“Omikron” ştammı dünyanın artıq 106 ölkəsində aşkar edilib

Dünyanın 106 ölkəsində koronavirusun “Omikron” ştammı ilə yoluxma halları qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.

Həmçinin, ÜST son məlumatlara istinad edərək bildirib ki, “omikron”un hətta kollektiv immuniteti yüksək olan ölkələrdə belə “delta” ştammından daha sürətli yayılır.

Təşkilat qeyd edib ki, xəstəliyin bu variantının ağır olması ilə bağlı məlumatlar hələ də “məhduddur”, lakin hesabatda Cənubi Afrikada və Böyük Britaniyada “omikron” xəstələrinin xəstəxanaya yerləşdirilmələrinin sayının “artmaqda davam etdiyi” bildirilib.

ÜST “omikron” ilə əlaqəli riskin “çox yüksək” olaraq qaldığı qənaətinə gəlib və həmçinin səhiyyə sistemlərinin çökməsi riski barədə xəbərdarlıq edib.