Alyaskada 6 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Alyaska ştatının cənubunda 6 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ankoric şəhərindən 219 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 125 km dərinlikdə olub.

Dağıntılar, sunami təhlükəsi barədə məlumat verilməyib.