“Omicron” ştammı ABŞ-ın 50 ştatından 45-də aşkar edilib

Xüsusiyyətlərindən biri sürətlə yayılması hesab edilən COVID-19 koronavirusunun “omicron” ştammı Amerikanın 45 ştatında qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə paytaxt Kolumbiya dairəsinin bazar ertəsi yayımlanan bulletenində məlumat verilib.

Bununla belə, qeyd edilir ki, ABŞ-da “omicron”dan əlavə, “delta” ştammı ilə də yoluxma halları aşkarlanmağa davam edilir və indiyədək yoluxmaların böyük əksəriyyəti məhz “delta” ştammının payına düşür.


“Hazırda “omicron” ştammı yoluxanların 3, “delta” ştammı isə 97 faizində aşkarlanıb”, – bülletendə deyilir.