Azərbaycanda əməkdar artist vəfat edib

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Elşən Çarxanlı (Şirəliyev) vəfat edib.

Bu barədə AzerTimes-a aktyorun yaxınları məlumat verib.

Elşən Çarxanlı 1962-ci il oktyabrın 2-də Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Dram və kino aktyoru” fakültəsini bitirib. Elə həmin il Sumqayıt Dövlət Dram Teatrında işə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb.

2009-cu ildən – Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Gənc tamaşaçılar teatrında işlədiyi illər ərzində 50-yə yaxın tamaşada oynayıb. Aktyor tamaşaçılara film və seriallardakı rolları ilə də yaxşı tanışdır.

Allah rəhmət eləsin!

Teqlər: