Ombudsmanın nümayəndəsi həssas sosial qrupların hüquqlarına həsr olunmuş tədbirdə çıxış edib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin “Həssas sosial
qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji
xidmətlərin təşkili” adlı yeni layihəsinin təqdimatı ilə bağlı
mətbuat konfransı keçirilib. Tədbirdə dövlət qurumları və qeyri
hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələri iştirak
ediblər.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, tədbirdə Ombudsman Aparatını Əlilliyi olan
şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən
Tarverdiyeva təmsil edib. O, çıxış edərək, əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsi ilə bağlı Ombudsman həyata keçirdiyi
fəaliyyət barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Ombudsman tərəfindən əlilliyi olan şəxslərin
müraciətləri üzrə araşdırmalar aparılır, pozulmuş hüquqlarının
bərpası məqsədilə aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti
institutları, habelə beynəlxalq qurumlarla əməkdaşlıqda tədbirlər
həyata keçirilir. Həmçinin diqqətə çatdırılıb ki, Ombudsman və onun
Milli Preventiv Qrupunun üzvləri tərəfindən təhsil, səhiyyə və
sosial xidmət müəssisələrində monitorinqlər zamanı əlilliyi olan
şəxslərin vəziyyəti və ehtiyacları araşdırılır, sağlamlıq və digər
hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə zəruri
tövsiyələr verilir.

Teqlər: