Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Cəlilabad Rayon Təhsil
Şöbəsi tərəfindən “Mənim hüquqlarım” mövzusunda maarifləndirici
tədbir təşkil edilib.

Cəlilabad şəhər 8 saylı humanitar və texniki fənlər təmayüllü
məktəb-liseydə keçirilmiş tədbirdə məktəb-liseyin kollektivi və
şagirdlər iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov
tədbirdə çıxış edərək, bütün əhali qrupları kimi uşaqların
hüquqlarının müdafiəsi istiqamətində də Ombudsman tərəfindən geniş
fəaliyyət həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə iştirakçılara BMT-nin Uşaq Hüquqları Konvensiyası, bu
sahədə ölkəmizin qoşulduğu digər beynəlxalq müqavilələr, habelə
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu,
Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cü illər üçün
Strategiyası və bu strategiyanın icrasından gözlənilən nəticələr
barədə də məlumat verilib.

Teqlər: